Çavuşoğlu Türkiyənin Şimali Kiprdə hərbi varlığını artıracağını bildirdi – “Blinkendən soruşdum: “Kiprli yunanları kimə qarşı silahlandırırsınız?”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Şimali Kiprdə hərbi varlığını artırmağa hazırlaşır. Bu barədə açıqlamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib.
Çavuşoğlu deyib: “Kipr türkünü qorumaq üçün oraya daha çox qüvvə göndərəcəyik və silah olaraq nə nəyə ehtiyacları varsa, onunla təmin edəcəyik”.
“Hətta bütün dünya belə bizim qarşımızda dursa belə, Türkiyə öz mövqeyindən geri çəkilməyəcək və Kiprdə, Egey və Aralıq dənizlərində maraqlarını qoruyacaq”.
Türkiyənin Xarici İşlər naziri ABŞ hökumətinin Kiprin yunan icmasına silah tədarükünə embarqonu ləğv eləmək qərarını tənqid edib.
Çavuşoğlu bununla bağlı ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə telefonla danışdığını da söyləyib: “Mən Blinkenə təklif elədim ki, istəyirlərsə kiprli yunanlara maliyyə yardımı etsinlər, lakin silah tədarük eləməsinlər. Dedim: “Pul verin. Sevirlər, ehtiyacları da var. Niyə silah verisiniz?” Mən açıq sual verdim: “Onları kimə qarşı silahlandırırsınız?”
Hürr Tərcüman