📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu Türkiyənin “Taliban”la bağlı mövqeyini AÇIQLADI

2021-08-19 14:40:00

Çavuşoğlu Türkiyənin “Taliban”la bağlı mövqeyini AÇIQLADI

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkəsinin “Taliban” hakimiyyətinin qurulmasına münasibətini açıqlayıb.

HURRİYYET.az xəbər verir ki, bu barədə məlumatı “NTV” yayıb. Məlumata əsasən, Mevlüt Çavuşoğlu jurnalistlərin Əfqanıstanda yeni hökumət yaradılması və bu yaradılan hökumətə münasibət barədə suallarına cavab verib.

“Öncə hökumətin necə qurulacağını görməliyik. "İnklüziv bir hökumət quracayıq" deyirlər. Həqiqətən də inklüziv hökumətin qurulub-qurulmamasını görməliyik. Beynəlxalq ictimaiyyət ilə birgə hərəkət edəcəyik. Verəcəyimiz mesajlar və atacağımız addımlar da koordinasiya ediləcək. Hazırda öncədən qərar vermək düzgün olmaz”, - deyə Çavuşoğlu vurğulayıb.