Çavuşoğlu: “Ukraynadakı müharibəyə üçüncü dövlətlərin müdaxilə elədiklərini görürük”, “Qərbə qoşulsaydıq...”
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qərb ölkələrini Rusiya ilə dialoq aparmağa çağırıb və sülh danışıqlarına başqa yolla nail olmağın mümkün olmadığını söyləyib. O, rəsmi Ankaranın antirusiya və antiiran sanksiyalarına qoşulmayacağını bildirib.
Çavuşoğlu deyib: “Təəssüf ki, müzakirə və sülh prosesindən uzaqlaşıldı, bu fürsət əldən verildi. Üçüncü ölkələrin müdaxilə etdiklərini görürük. Xüsusilə də Rusiyanın bu bölgələrin ilhaqı üçün referendum keçirməsi və səfərbərlik elan eləməsi atılan addımları daha da çətinləşdirdi. Dərhal atəşkəs əlsə edilməlidir. Türkiyə olaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Nazir deyib: “Biz lap əvvəldən bəri prinsipial bir siyasət yürütdük. Rusiyanın da xoşuna gəlməyən bəzi qərarlar verdik, lakin Avropa qədər deyil. Qərbə qoşulsaydıq, taxıl razılaşmasını həyata keçirə bilməzdik. Rusiya ilə münasibətlərin kəsilməsinin fəsadlarını görürük. Hər kəsə təsir eləməsi qaçılmazdır. Təbii qaz qiymətlərini görürük. Lakin Türkiyə təbii qaz sıxıntısı çəkmir. Digər ölkələrdə isə belə vəziyyət var”.
Hürr Tərcüman