📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu və Lavrov arasında telefon danışığı oldu

2021-11-19 21:41:00

Çavuşoğlu və Lavrov arasında telefon danışığı oldu

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Suriya başda olmaqla, regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.

Qeyd edilib ki, Ankara-Moskva xəttində diplomatik trafik intensivləşib. \\Metbuat