Çavuşoğlu: “Yaxın zamanda erməni nümayəndələri ilə danışıqlar başlayacaq”
2021-12-20 17:41:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin yaxın günlərdə görüşəcəklərini bildirib. Çavuşoğlu deyib: “Münasibətlərin normallaşdırılması prosesinin başlanması üçün biz xüsusi nümayəndələr təyin eləmişik. Ən yaxın zamanda onlar danışıqlar aparacaqlar”.
Nazir İstanbul ilə İrəvan arasında avuauçuşların təşkil edilməsinin nəzərdən keçirildiyini də xəbər verib.
Hürr Tərcüman