📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğludan S-400 açıqlaması: “Prezident Ərdoğan bunu açıqca Baydenə söyləyib”

2021-11-04 15:12:00

Çavuşoğludan S-400 açıqlaması: “Prezident Ərdoğan bunu açıqca Baydenə söyləyib”

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında XİN-in 2022-ci büdcəsinin müzakirələrindən əvvəl gündəmlə bağlı açıqlamalar verib. Çavuşoğlu deyib:  “ABŞ-ın PKK/YPG ilə əməkdaşlığı, FƏTÖ-nün ABŞ-dakı varlığı, S-400-lərlə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun gəlmir. Prezident R.T.Ərdoğan bunu açıqca Baydenə bildirdi. Bu məsələləri müzakirə edəcək bir işçi qrupu yaradacağıq. Birgə işçi qrupu təklifi ABŞ tərəfindən gəlib, müzakirə ediləcək məsələlərlə bağlı nazirlikdə çalışırıq”.

Çavuşoğlu daha sonra qeyd edib: “Suriyalıların geri qayıtması ilə bağlı dörd qonşu ölkə ilə başladılan təşəbbüs Livanda hökumətin gec qurulması səbəbindən ləngimişdi. İndi yenidən başlanıb”.

 

Hürr Tərcüman