📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlunun rusiyalı oliqarxlarla bağlı suala cavabı

2022-03-26 22:04:00

Çavuşoğlunun rusiyalı oliqarxlarla bağlı suala cavabı

Türkiyə Qərb ölkələrinin Rusiya və oliqarxlarına qarşı sanksiyalarına qatılmayıb, biz sadəcə BMT çərçivəsində tətbiq olunan sanksiyalara riayət edirik.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiya oliqarxları Türkiyəyə gələ bilərmi sualı veririksə, təbii ki, Rusiya vətəndaşları Türkiyəyə gələ bilər, indi də Türkiyədə rus turistləri var, Ukraynadan gələnlər də var. Ukraynadan gələnlərin sayı hal hazırda 60 mini keçib. Bu (Rusiyadan – red.) oliqarxlar gəlib burada bir iş qura bilər mi? Əgər qanunidirsə, beynəlxalq hüquqa zidd deyilsə, əlbətdə qura bilərlər”,- deyə nazir qeyd edib. \\Ölkə.az