📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çay evində FACİƏ: Çay içəndə öldü

2023-12-07 19:21:00

Çay evində FACİƏ: Çay içəndə öldü

Şəkidə çay evində ölüm baş verib.

Hurriyyet.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhəri ərazisində fəaliyyət göstərən çay evlərindən birində baş verib.

Şəhər sakini 68 yaşlı Nəriman Ziya oğlu Muxtarov çay içən zaman qəflətən vəziyyəti pisləşib və elə orada keçinib.

İlkin müayinəyə əsasən, N. Muxtarovun ürək tutmasından vəfat etdiyi güman edilir.

Faktla bağlı araşdılrma aparılır.