📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəbrayıl şəhərciyində əməliyyat: qadın saxlanıldı

2025-02-05 11:03:56

Cəbrayıl şəhərciyində əməliyyat: qadın saxlanıldı

Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.