📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çeçen xüsusi təyinatlıları bu şəhərə köçürüldü: Həlledici hücum başlayır

2024-06-03 12:57:33

Çeçen xüsusi təyinatlıları bu şəhərə köçürüldü: Həlledici hücum başlayır

“Axmat” çeçen xüsusi təyinatlılarının əsgərləri Belqorod vilayətinə köçürülüb, oradan da Xarkov vilayətinin sərhəd zonalarına dağılıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri, general-mayor Apty Alaudinov məlumat verib.

Onun sözlərinə görə, xüsusi təyinatlılar artıq tapşırıqları yerinə yetirməyə başlayıblar və Rusiya sərhədi yaxınlığında bufer zonanın yaradılmasına ehtiyac olacaq. Döyüşçülər mühafizəyə ehtiyacı olan bütün döyüş təmas xətti boyunca müxtəlif ərazilərə köçürülüb. Alaudinov bölmənin orada həm də hücum tapşırıqlarını yerinə yetirdiyini vurğulayıb.

Alaudinov onu da bildirib ki, bu gün hər iki tərəfdən hərbi qulluqçular həlledici döyüşə hazırlaşır. "Düşünürəm ki, müharibə bu il başa çatacaq", - o deyib.

publika.az