📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çeçenistana Qəzzadan ilk qaçqın qrupu gəlib

2023-11-29 12:02:29

Çeçenistana Qəzzadan ilk qaçqın qrupu gəlib

Hurriyyet.az xəbər verir ki, Qəzza bölgəsindən olan 51 nəfər qaçqın (o cümlədən 27 nəfər uşaq) Çeçenistana gediblər. TASS informasiya agentliyinin məlumatına görə, onları “Dağ açarı” (“Qornıy klyuç”) adlanan uşaq sağlamlıq düşərgəsində yerləşdirəcəklər.

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev sabah daha 100 nəfərdən ibarət fələstinli qaçqın qrupunun respublikaya çatacağını bildirib. Onun sözlərinə görə, Çeçenistanın rəhbəri Ramzan Kadırov özü şəxsən Qəzza sakinlərinin vəziyyətini nəzarətdə saxlayacaq.

Dudayev deyib: “Burada onların rahat yaşaması üçün hər bir şərait yaradılıb. Bütün zəruri yardımlar, o cümlədən tibbi yardım göstəriləcək. İşləmək istəyənlər işlə təmin ediləcək”.

Hürr Tərcüman