Çeçenistanda Rusiyadan çıxmaq istəyənlərin ardı-arası kəsilmir
2023-06-21 13:15:00
Çeçenistanın miqrasiya xidmətlərində Rusiya Federasiyasını tərk etmək istəyənlər üçün uzun növbələr yaranıb.
Belə ki, Çeçenistanda pasport almaq və Rusiya Federasiyasını tərk etmək istəyənlərin kütləvi axını səbəbindən miqrasiya idarələrində böyük növbələr yaranıb. Bu barədə “Arbat.media” xəbər verir. Məlumata görə, sakinlərə əlavə ödəniş üçün sənədlər təqdim etmək təklif olunur. Bildirilir ki, pasport almaq üçün külli miqdarda rüşvət verilsə də, sakinlər hər zaman ölkədən kənara buraxılmır.
Getmək istəyinin əsas səbəblərindən biri də səfərbərlik qorxusu ilə yanaşı, “yoxsulluq”dur. “Memorial” İnsan Haqları Mərkəzinin həmsədri Oleq Orlov hesab edir ki, ajiotaj Çeçenistanda hüquqsuzluqla bağlıdır.
Ülviyyə, Hurriyyet.az