📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çeçenistanın müstəqilliyinin tərəfdarları Avropa Şurasının nümayəndələri qarşısında çıxış ediblər

2023-01-27 15:37:00

Çeçenistanın müstəqilliyinin tərəfdarları Avropa Şurasının nümayəndələri qarşısında çıxış ediblər

Çeçenistanın müstəqilliyinin tərəfdarları Avropa Şurasının nümayəndələri qarşısında çıxış ediblər.

"Avropadakı Çeçen diasporu respublikanın müstəqillik əldə etməsinə can atır"-bunu 26 yanvar tarixində Avropa Şurasının Parlament Assambleyasının nümayəndələri qarşısında çıxış edən “Vahid qüvvə” hərəkatının sədri Cambulat Süleymanov bəyan edib. Onun çıxışı PASE-dəki ukraynalı nümayəndə heyətinin dəstəyi ilə baş tutub. “Bu Çeçenistanın müstəqilliyinin beynəlxalq tanınmasına doğru ilk addımlardan biridir”, deyə Süleymanov ifadə edib. Görüşdə həmçinin tanınmamış İçkeriyanın keçmiş prezidenti Aslan Məshədovun oğlu Anzor Məshədov da iştirak edib.  

Ülviyyə, Hurriyyet.az