Ceff Bezos Mayamidə 90 milyonluq mülk aldı
2024-04-04 21:42:44
"Amazon"un qurucusu Jeff Bezos gizli şəkildə üçüncü mülkünü Mayamidəki Indian Creek adasındakı qondarma milyarder bunkerində alıb.
Bu barədə "Bloomberg" xəbər tutub.
Yeni mülk Bezosa 90 milyon dollara başa gəlib. Mülk altı yataq otağından ibarətdir və sonuncu dəfə 1998-ci ildə 2,5 milyon dollara satılıb. Mənbələrin bildirdiyinə görə, iş adamı Mayamidə əvvəllər aldığı evlərin yenidən qurulması davam edərkən yeni mülkdə məskunlaşmağı planlaşdırır. \\Redaktor.Az