"Çəkdiyim əsərlərə qazanc nöqtəsi kimi baxmıram" - GƏNC RƏSSAM
Hürriyyət.az gənc istedadları oxuculara təqdim edir. Bu dəfə müsahibimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, gənc rəssam Gülparə Məmmədovadır.
- Özünüzü oxuculara necə təqdim edərdiniz?
Öncəliklə verdiyiniz dəyər və göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Adım Məmmədova Gülparədir, 1991 ci ildə Şamaxı Şəhərində anadan olmuşam. 1998-ci ildə -ci sinifə Şamaxı şəhərində gedsəmdə, atamın işləri səbəbi və Bakıya köçmək qərarı almasıyla, bu sadəcə 1 həftə davam etmişdir. Beləliklə mən 2009-cu ildə Bakı Şəhəri, Biləcəri qəsəbəsi şəhid Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbini bitirmişəm. Kiçik yaşlarımdan sənətə böyük maraq göstərib, böyüyəndə aktirisa və ya müğənni olmaq xəyalı qurmuşam. Həmçinin əlimə düşən hər bir kağız parçasına və ya şəkil çəkmək üçün ürəyimə yatan hər yerə yaza bilən hər şeylə şəkillər çəkməyə böyük maraq göstərirdim. Hətta məktəbdə özüm və sinif yoldaşlarım üçün verilən rəsim ev tapşırıqları sevərək çəkməyi özümə ali iş sayırdım. Bu məni çox xoşbəxt edirdi. Lakin zamanla sanki bu həvəsim, ailəmində qarşı çıxması ilə, sadəcə boş marağa çevrildi. Sənət seçimi istiqamətimi tamami ilə basqa istiqamətə yönləndirdim və hüquqşünas olmaq qərarı aldım. Ailəmin qarşı çıxması ilə bu seçimimdən də imtina edim və 2010-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universteti nəznində Azərbaycan Pedoqoji Kollecin Bakı şəhər filialının Texnalogiya Müəlliməliyi fakültəsinə daxil oldum (O zamanlar həmin kollec Sabir Adına Dövlət Pedoqoji Kolleci adlanırdı). 2014-cü ildə kolleci əla qiymətlərlə bitirdim, lakin müəllimliyə həvəs və istəyim olmadığı üçün işləməmək qərarı aldım. Uzun müddət çətin amma mənim üçün maraqlı fənn olan Tarix fənnindən uşaq hazırlığı ilə məşğul olmuşam, bir çox qurumlarda könüllü faliyyətlər keçirtmişəm və həmçinin vaxt aşırı həvəs yarandıqca nə isə cızma qaralar etməyə çalışmışam. Həmçinin bir müddət “Ümüd Yeri” Xeyriyyə Cəmiyyətində könüllü olaraq, müdir köməkçisi və sosial işçi vəzifələrini yerinə yetirmişəm. Bu həytımın ən ağır və maraqlı təcrübəsi olub. Beləcə illər keçdikcə rəssamlıqla həvəskar olaraq məşğul olmuş və bir çox sərgilərdə iştirak etmişəm. 2018-ci ildə ani qərarla Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına imtahan verdim, lakin istədiyim “Dekorativ Tətbiqi Sənnət” fakültəsinə qəbul olmadığım üçün, bundan imtina edərək bu məqsədimə 2019-cu ildə çatmışam. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kursunda əla qiymətlər ilə təhsil alıram. Düşünürəmki müəllim və tələbə yoldaşlarımın rəğbətini qazana bilmişəm.
Rəsmi şəkildə rəssam olduğumu hələ qəbul etməsəmdə əsərlərim sevilir. Çünki mənim əsas yolum ata nəslimdən miras qalan xalçaçılıq sənətini inkişaf etdirib, xalçaçı rəssam adını qazanmaqdır. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
Bəzi şəxsi çətinliklər rəssamlıq üzrə sənətimin inkişafına mane olsada, əlimdən gəldiyi qədər rənglərin ahənginə qatılaraq nə isə gözəl bir əsər ərsəyə gətirməyə çalışıram. Rəssamın hansısa bir əsəri yadda qalan etməsi üçün isə düşünürəmki ona xüsusi ilham lazımdır. Məhz mən də bu ilhamı 44 günlük haqlı mübarizəmizdən alaraq 2020-ci ilin dekabırında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş “Qarabağ Səlnaməsi” adlı sərgiyə hazırlaşdım. Sərgi üçün 60x90 ölçüdə yağlı boya ilə “Qarabağnamə” əsərini ərsəyə gətirdim. Əsər Gənclər və İdman Nazirliyi tərəfindən Diplom ilə mükafatlandırıldı.
2021-ci il aprel ayının 15-də AMEA Dendralogiya İnstitutu, Azərbaycan Milli Elimlər Akademiyası və Xəzər Rayon Gənclər və İdman idarəsi tərəfindən 27 Mart Elm gününə həsr olunaraq Respublika üzrə keçirilən “Xarıbübül” açıq hava rəsm və əl işləri sərgisində həmin əsərim birinci yerə layiq görülmüş “Fəxri Fərmanla” mükafatlandırılmışdır. Bu rəssamlıq həyatımda ilk böyük uğurumdur. Sərgidə həmçinin ideya və müəllifliyi tamamı ilə özümə məxsus olan “Gül Açmış Gilizlər” adlı yağlı boya əsərimdə nümüyiş olunmuşdur. Əsər hər kəsin xüsusi maraöına səbəb olmuşdur. Əsəri çox bəyəndiyi üçün Akademik İsa həbibəyliyə hədiyyə eddim. Hazırda xalça sənnətinin tarixi və texnikasını öyrənmək istiqamətində işlərlə məşğul oluram.
- Gənc rəssam kimi bu sənətlə məşğul olanların hansı problemləri, çatışmazlıqları sizi daha çox narahat edir?
Ümumiyyətlə hər bir peşənin özünə məxsus problemləri, çətinlikləri çatşmamzlıqları varki, elə bu da mən düşünürəmki, həmən sənəti daha dəyərli və maraqlı edir. Sənətin çətinliyi olmasa onun dəyəridə olmaz, bu hər bir sahayə aiddir. Çətinliyi dadmaq lazımdırki, gördüyün işə hörmətlə yanaşasan. Problem və çatışmamazlıqlar isə yeni fikir, ideya və çıxış yollarının axtarılıb tapılmasına təkan verir. İnsan problemi və çatışmamazlığı görüb həll etməyə çalışdıqca, əlindəkinin də olmasa, hansısa mühüm bir problemi özü də bilmədən həll edə bilər və edirdə..
Gənc və bu yolda yeni-yeni addımlayan bir rəssam kimi isə problem və çatışmazlıqları hazırki nəslin ciddi şəkildə hiss olunan savadsızlığında görürəm. Bu öz yerində, həmçinin yetəri qədər rəssamlıq vəsaitlərinin öz ana dilimizdə olmaması, sənətin nə olduğunu anlamadan sırf kimsəyəsə “mən Rəssamlıq Akademiyasında Oxuyuram” və ya “ övladım rəssamlıq akademiyasında oxuyur” sözlərinin demək məksədi ilə bu sənətə kor koranə yönəldilən müəyyən bir nəsil, sosial mediyada nümayiş olunan bəzən heç bir mənası olmayan əsərlərin necə gəldi kopya olunması və s. Dəyərli müəllimim, məsləhətçim və hörmətli həmkarım Abbas Məmmədov mənə hər zaman “klassikləri kopyala, kopyalaki nəyi necə çəkmək lazım olduğun rəngi öyrən, hiss et” deyər. Hazırki gənc rəssamların çoxu isə rəssamlıqda işlədilən “klassiklər” termininin belə nə olduğunu bilmirlər. Hətta çox zaman elimin rəssamlıqla heç bir əlaqəsi olmadığını belə düşünürlər. Bax bu əsil çatışmamazlıqdır və bu çatışmamazlıq da, böyük problemlərə gətirib çıxardır.
- Cəmiyyətimiz rəssamları niyə dəyərləndirməyi bacarmır?
Maraqlı sualınız üçün təşəkkür edirəm.
Bu fikirlə tam razılaşmaq və ya razılaşmamaq biraz mübahisəli ola bilər mənə görə. Çünki dəyərləndirmə zövq, maddiyyat və dünya görüşündən aslıdır. Dünya rəssalarının böyük bir faizi dəyərləndirilirlər hər bir baxımdan. Bunun səbəbi isə çox qəribə şəkildə avropa, amerika, asiyada sənətə və sənətkara, əl işi göz nuru olan sənət əsərinə çəkilən zəhmətə, əməyə verilən hörmətdən aslıdır. Bizim cəmiyyətdə isə bu baxımdan dəyərləndirilmək çox çətindir. Hədda gənc və ya yeni rəssam üçün isə bəzən mümkünsüz olur. Çünki evini dizayn edən hansısa bir şəxs, yeni rəssamın işi nə dərəcədi cəlb edici olsada, daşlaşmış bir adət-ənənə ilə, artıq bir müddət adını bu sahədə tanıtmış rəssama yönəlir. Bu ele o demək deyilki, o rəssamı da dəyərləndirə bilir. Maddi sıxıntısı olan səxs isə hec maraqlanada bilmir. Həmçinin rəssamların dəyərləndirilə bilmələri üçün dövlət bir sıra tədbirlər görsə, məs: Ödənişsiz beynəlxalq sərgilər kerçirilsə, hansıkı orada sadəcə Azərbaycan gənc və bacarıqlı rəssamların əsərləri sərgilənsə və dünya bu əsərləri alsa, həmən rəssam artıq ölkə sərhədlərindən kənarda da, tanınarlar. Müasir və inkişaf edmiş ölkə olmaqla yanaşı həmdə kiçik bir ölkəyik. Bu cür addımlar rəssama öz ölkəmizdə olmasa da dünyada dəyərləndirilmə şansı verə bilər.
Dəyərləndirilməməyin digər səbəbi isə məktəblərdə tədris olunan rəsim dərsinə ailələrin dırnaq arası, zəif və lazımsız baxması və yetişən nəsilində bu cür psixalogiya ilə böyüməsidir. Belə olduqda əlbətdəki gələcəkdə 10 nəfərdən sadəcə 1 nəfər o sənəntə hörmət edib alacaq və onu dəyərləndirəcək.
- Rəssamlıq uşaqlıq arzunuz olub?
Uşaq vaxtı rəssamlığın nə olduğunu anlamaq və böyüyəndə rəssam olacam demək bu məncə sadəcə uşaq arzularıdır. Çünki rəssamlıq qazanılmış bir bacarıq deyil. O Allahın verdiyi fitri istedaddır. Mənim fikrimcə, rəssamlıq insanın özündən aslı olmayaraq, hislərinin, beyinin, ürəyinin və əllərinin birgə sinfonya ilə ərsəyə gətidiyi sənətkarlıq nümunəsidir. İnsan müəllim, həkim, hüquqşünas, mühəndis və s. ola bilər ancaq rəssam olaraq doğular. Rəssamlıq duyumu yoxdursa nə qədərdə arzulasaq rəssam ola bilmərik.
Az əvvəl qeyd eddiyim kimi hər zaman rəsim çəkməyi çox sevmişəm, amma həyatda rəsamlıq deyə bir peşə olduğunu 12 yada 13 yaşlarım olanda, qonşumuz olan rəssam Şahindən öyrənmişdim. Təsüfki onun soy adını bilmirəm və harada olduğu barədə məlumatım yoxdur. Lakin onun masası uzərindəki kitabında gördüyüm bir şəkil mənim bu sənət barədə düşünməyimi və rəssam olacağım xəyalını formalaşdırdı. Bu əsər Mikelanjelonun “Adəmin Yaranışı” əsəri idi. Rəssamın verdiyi məlumatlar bu sənətin nə qədər dəyərli olduğunu mənə göstərdi. Lakin ailəm rəssamlığın elədə mühüm sənət olduğunu düşünmürdürlər. Bu səbəbdən rəssamlıq arzum bu qədər gecikdi.
- Elə bir məqam olub ki, rəssamlıqdan bezib başqa bir işlə məşğul olmaq haqda düşünübsünüz?
Nəyinki mən, düşünürəmki rənglərin ağuşunda özünü xoşbəxt hiss edən heç bir rəssam bu sənətdən əsala bezməz. Mümkün deyil. Amma kimlərinsə müdaxiləsi və sizin həyatınız üzərində qurduqları planlar sayəsində, bu sizin üçün həyat qədər dəyərli insanlar belə ola bilər ki, bu istəyiniz yubana və bəlkədə heç bas tutmaya bilər. Həmçinin bir çox həkim, jurnalist, hüquqşünas və müəllim tanışlarım varki, sevdikləri dəyərli peşələri ilə yanaşı həvəskar rəssamlıqda edirlər. Bu o deməkdirki özlərinin ağır və məsuliyyətli peşələri olması ilə yanaşı, bu şəxslər rənglərlə oynayıb daxili aləmlərindəki gözəllikləri kətan üzərinə həkk edirlər.
Həmçinin düçünürəmki bir insan rəssamlığa sırf qazanc məksədi ilə yanaşsa və bundan istədiyi gəliri əldə etmədiyi təqdirdə bu sənətdən bezib, başqa peşəyə can atar. Buda normaldır, bu həyatda yaşamaq üçün hər bir şəxs özü üçün müəyyən olunmuş bir yol seçməlidir.
- Daha çox hansı rəssam sizi sənətə ruhlandırıb?
Mikelanjelo “Adəmin Yaradılışı” və Leonardo da Vinci “Anatomik rəsimləri”
Rəssamlıq sənətinə məni yönləndirən dəyərli rəssam, şairə Xalidə xanım Səyidova olmuşdur. Hələ kiçik yaşlarımda da Xalidə xanım ailəmə mənə rəssam olmağa icazə verməklərini tez tez bildirərdi.
Xalidə xanımla yanaşı bu sənətdə mənə xalçaçı rəssam Abbas Məmmədov, dəyərli rəssam Mehriban Əliyeva öz dəyərli məsləhətləri, dərsləri ilə dayaq olmuşdurlar. Lakin ən böyük ruh və dayağı Xalidə xanım daha sonra isə anam vermişdir və hələdə verməyə davam edirlər.
Bilirsiz mənim əsas peşəm və xəyalım xalçaçı rəssam olmaqdır. Bu istiqamətdə isə dəyərli xalq rəssamımız, UNESCO yanında Rəssamlar Birliyinin üzvü Eldar müəllim Mikayılzadəvə xalçaçı rəssam, ekspert Məmmədhüseyn müəllim Hüseyinovun böyük əməyi var. Hər iki ustadımı kaşki çox daha öncədən tanımış olardım deyə düşünürəm. Allah hər ikisinə sağlam və uzun ömür nəsib etsin.
- Sərgiləriniz tez-tez baş tutur?
Bu günə kimi 20 -dən çox sərgidə istirak edmişəm. Bir çox diplom, sertifikat və təşəkkürnamələrim var. Həmçinin xeyriyyə məqsədi ilə keçirilən bir çox sərgilərdə heç bir təmənna güdmədən öz tablolarım ilə iştirak edmişəm. Lakin şəxsi fərdi sərgi kercirtmək hələ nəsib olmayıb. Əslində mən və yaxın rəssam dostlarımla birgə, 2020 - ci ilin yayıda fərdi sərgi barədə planlarımız var idi. Təsüfki pandemiya həmən planların həyata keçməsinə mane oldu. Yaxın zamanlarda yenidən bu barədə addımlar atmağı düşünürük. Allah nəsib edərsə sizləridə qonaqlarımız arasında görmək bizi sevindirər.
- Rəsm sənətinə gənclərin marağı olurmu?
Bəli gənclərin, yeniyetmələri və xüsusi ilədə 6-11 yaş arası uşaqların rəsimə və rəssamlığa böyük maraqları olur. Mənim şagirdlərim arasında əsas yaş katiqoriyası 8-12 yaş arasıdır. Uşaqlar ilə işləmək, onların çəkdiyi rəsmlərə və hətta bəzən yaradıcılıq isqamətində atmaq istədikləri addımlara baxmaq insanı valeh edir. Onlardaki istək və marağı gördükcə bu sənətə sevgin daha da çox artır. Həmçinin böyük yaş kateqoriyasındanda şagirdlərim olur. Əsasən həvəskar olaraq məşğul olmaq istəyənlər çox olur. Böyük yaş kateqoriyasından olan şagirdlərimin heç biri Rəssamlıq Akademiyasının tələbsi deyillər. Buda gənc nəslin rəssamlığa nə dərəcədə çox marağı olmasından irəli gəlir.
- Rəsm əsərlərindən qazancınız olurmu?
Çəkdiyim əsərlərə qazanc nöqtəsi kimi baxmıram, bəlkə gələcəkdə bu düşüncəm dəyişə bilər. Amma hazırda çəkdiyim tablolarla insanlara gözəlliklər göstərməyə çalışıram. Hədiyyə verməyi çox sevirəm işlərimi. Öz əsərlərim ilə könülləri təmənnasız şad edmək məni daha çox xoşbəxt edir. Əlbəttə bu o demək deyilki heç əsər satmıram və qazanc əldə etmirəm, xeyir. Çoxlu sifarişlər olur. Bəzən vaxt çatışmamazlığından digər rəssam dostlara yönəldirəm sifrişçiləri. Bu əsasən xalça layihəsi işləyən zaman baş verir. Xalça zəriflik və diqət tələb edən qədim incəsənət nümunəsidir. Onun layihəsi sadəcə ona vaxt ayırmağa imkan yaradır.
Sifarşçilər əsasən qara qələm tablolar sifariş verirlər. Kimisə sevdiyinin, kimisə qaradşının və ya bacısının, kimisə atasının və ya anasının və s.
- Siz əsərlərinizlə Allahın varlığını təsdiq edirsiniz?
Əgər bir əsəri başlamazdan əvvəl “Bissimillah” sözünü söyləyiriksə, demək ki rəssam öz əsərində Allahın Varlığını təsdiq edir. Baxın siz, mən basqa insanlar necədə fərqli görünürük. Allah hər kəsi fərqli, bənzərsiz simada yaradıb. Bizə bəxş etdiyi təbiət gözəllikləri, kainat bunlar hamısı onun aliliyini göstərir. İnsanda onun izin verdiyini görüb əks edə bilir. Biz təbiəti əks edərkən kətan üzərinə, ən ali rəssamın ol deyərək yaratdıqlarını əks etdiririk.
- Sənətinizlə bağlı gələcəkdə planlarınız var?
Gələcək Allaha məxsusdur, xəyal qurmaq isə insana. Biz gələcəyimizin necə olacağından bixəbər olaraq, hər zaman hər mövzuda xəyallar qurub, planlar hazırlayırıq. Lakin Allah hər zaman bizim üçün ən xeyirli olanını nəsib edir. Əlbəttəki mənim də böyük xəyallarım var. Bunların başında dünyaya Azərbaycan xalçalarının qədim nümunələrini müasir üslubda göstərə bilən xalçaçı rəssam olmaqdır. Dünya xalçaçı rəssamlarının haqqında danışacağı azərbaycanlı xalçaçı rəssam...
Sonda icazənizlə oxucularınıza, xüsusilədə valideyn olan oxucularınıza kiçik məsləhət vermək istəyirəm. Övladınızın gələcəyinin gözəl olmasını istəməyiniz təbii haqqınızdır. Lakin onların da arzularına diqqət yetirmək və istəklərinə hörmət etmək valideyn öhdəliklərindən biridir. Siz nə qədər yubatsanız da, onlar gec-tez öz daxillərindəki qıvılcımı alovlandıracaqlar. Bu nə qədər tez olsa, gözəl gələcək üçün o qədər mühümdür.
Təşəkkür edirəm.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
YƏHYA