"Çəkinəcəyim heç nə yoxdur"
Son günlərdə sosial şəbəkələrdə və mediada ən çox müzakirə edilən mövzulardan biri də Taleh Yüzbəyovun layihəsi olan "Zəhər tuluğu" filmidir.
Hurriyyet.az Moderator.az -a istinadən xəbər verir ki, filmdə baş rollardan birini canlandıran tanınmış aktrisa Zülfiyyə Qurbanova açıqlamasında bu filmdə yüngül həyat tərzi keçirən qadın obrazının tamaşaçılar tərəfindən sevildiyini bildirib:
"Bu filmdə Rəna obrazını canlandırmışam. Rəna yüngül həyat tərzi keçirən bir qadındır. Mən rolu qəbul edəndə ona peşəkarcasına yanaşıram, onun tamaşaçıya ötürəcəyi mesajı düşünür və obrazı təhlil etdikdən sonra canlandırıram. Ona görə də mənim yaradıcılığıma bələd olan tamaşaçı bilir ki, bu zamana qədər adı dəyişdirilən, amma xarakterik xüsusiyyətləri, həyat hekayəsi eyni olan heç bir rolu oynamamışam. Mənim canlandırdığım rolların həm xarakterik xüsusiyyətləri, həm də həyat hekayələri fərqli olub. Bu günə qədər bir-birinə tamamilə zidd olan xarakterlər canlandırmışam. Hətta əxlaqsız qadın obrazını bir neçə dəfə oynasam da bu qadınlar bir-birlərindən kəskin şəkildə fərqləniblər. Bu obrazında isə tamaşaçı mənə əks reaksiya ilə geri dönmədi. Tamaşaçı peşəkar aktyoru çox gözəl hiss edir, peşəkar aktyorun işini gözəl duyur. Mənə görə aktrisa özünü oynamadığı müddət ərzində bütün rolları qəbul ediləndir. Ona görə də çəkinəcəyim heç nə yoxdur. Təklif alanda öncə o obrazı analiz edirəm, sonra oynayıram".