📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabada yeni yol polisi rəisi təyin olundu - NAZİR ƏMR İMZALADI

2024-01-05 19:56:57

Cəlilabada yeni yol polisi rəisi təyin olundu - NAZİR ƏMR İMZALADI

Cəlilabad rayonunda yeni yol polisi rəisi təyinatı olub.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən Şəhmir Uluxanov Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu vəzifəyədək mayor Ş. Uluxanov Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin may ayından etibarən polis mayoru Şəhmir Uluxanov sərəncama götürülmüşdü.