📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb

2026-03-21 20:22:31

Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə həmkəndlisini - 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.