📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda ağır qəza - 1 ÖLÜ, 2 YARALI

2026-04-19 19:09:44

Cəlilabadda ağır qəza - 1 ÖLÜ, 2 YARALI

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının isə xəsarət alması ilə nəticələnib.

Hurriyyet.az APA-ya istinadla bildirir ki, hadisə yeni Ələt-Astara magistralının Cəlilabad rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb. Hadisə zamanı sürücünün həyat yoldaşı Əbdürrahmanova Aytel aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.