📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda ağır yol qəzası - xəsarət alanlar var

2023-12-06 20:22:19

Cəlilabadda ağır yol qəzası - xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Hurriyyet.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.