📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda avtomobil işıq dirəyinə çırpıldı

2026-03-12 20:13:47

Cəlilabadda avtomobil işıq dirəyinə çırpıldı

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında yerləşən işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və elektrik təsərrüfatına maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.