📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib

2025-04-21 23:17:05

Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. \\Report