📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda güclü külək 8 kəndi işıqsız qoydu

2022-05-07 16:15:00

Cəlilabadda güclü külək 8 kəndi işıqsız qoydu

Cəlilabadda güclü külək kəndləri işıqsız qoyub.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir.

Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.

Bundan başqa Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər aparılır.