📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda həkim 58 yaşlı kişini döydü - FOTO

2024-12-27 21:33:40

Cəlilabadda həkim 58 yaşlı kişini döydü - FOTO

Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb.

Hadisə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini, 1966-cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün onları xəstəxanaya aparıb. Uşaqlardan birinin səhhətinin ağırlaşdığını görən baba Davud adlı həkimdən kömək istəyərkən müqavimətlə üzləşib.

Füzuli İmanovun iddiasına görə, o, həkim tərəfindən təpiklə döyülərək otaqdan çıxarılıb.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Hadisənin anbaan görüntüləri təhlükəsizlik kameralarına da düşüb.

Fakt araşdırılır.

 


Cəlilabadda həkim  58 yaşlı kişini döydü - FOTO

Zaur, BakuPost