📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda qəza: yaralılar var

2024-01-05 22:29:36

Cəlilabadda qəza: yaralılar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ 2107 markalı minik avtomobili yolun kənarında, dayanmış vəziyyətdə olan “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində Cəlilabad rayon sakinləri olan iki nəfər xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Musayev Fərid Qərib oğlu ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. \\Axar.Az