📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda sürücü sükan arxasında öldü

2026-08-20 13:47:49

Cəlilabadda sürücü sükan arxasında öldü

Cəlilabadda sürücü qəza törədərək dünyasını dəyişib.

Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib.

Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarına düşüb. Hadisə zamanı Sakit Abdinov ölüb.

Ehtimal olunur ki, qəzadan öncə onun ürəyi tutub və qəza qaçılmaz olub.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.