📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda yol qəzası baş verib, sürücü ölüb

2026-08-19 15:52:38

Cəlilabadda yol qəzası baş verib, sürücü ölüb

Cəlilabadda yol qəzası baş verib.

Hurriyyet.media  xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən anidən onun halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yolun kənarına çıxıb.

Hadisə nəticəsində Sakit Abdinov ölüb. Qəzadan öncə sürücünün qəfil ürəyinin tutduğu ehtimal olunur.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.