📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda yol qəzası olub, ölənlər və yaralananlar var

2022-09-30 23:25:00

Cəlilabadda yol qəzası olub, ölənlər və yaralananlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "VAZ 2107" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində iki nəfər - Mübariz Aslanov və Niyaz Rəcəbov ölüb, bir neçə nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. \\Report