📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı

2025-04-14 11:41:47

Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.