📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadın Göytəpə şəhərində xəstəxana üçün yeni bina tikiləcək

2023-12-28 20:55:19

Cəlilabadın Göytəpə şəhərində xəstəxana üçün yeni bina tikiləcək

Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni bina inşa olunacaq.

Xəstəxana binası 2 hektar sahədə inşa olunacaq.

Səhiyyə ocağı 3 mərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq.

Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq. \\Report.Az