📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Çelsi" ilə 18 yaşlı futbolçu arasında 6 illik müqavilə

2024-06-29 14:54:51

"Çelsi" 18 yaşlı Omari Kellimenin transferini rəsmiləşdirib.

Hürriyyət.az klubun rəsmi saytına istinadla xəbər verir ki, onunla 6 illik müqavilə bağlanılıb.

Londonluların bu keçid üçün "Aston Villa"ya 22 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, son mövsümü Birmingem klubunun gənclər komandasında keçirən cinah hücumçusu 20 oyuna 8 qol, 1 asistlə yadda qalıb.