📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Çelsi” Kukurelyanın əvəzinə onu transfer etdi

2026-08-12 20:52:46

“Çelsi” Kukurelyanın əvəzinə onu transfer etdi

İspaniyalı müdafiəçi Pep Çavariyanın İngiltərənin “Çelsi” klubuna keçidi rəsmiləşib.

Hurriyyet.Media  London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

İspaniyanın “Rayo Valyekano” klubundan transfer edilən cinah müdafiəçisi artıq komandanın Kobhemdəki təlim-məşq bazasında 2026/2027 mövsümünün hazırlıqlarına qoşulub.

Xüsusilə qeyd olunur ki, Çavariya bundan öncə “Real Madrid”ə transfer olunan Mark Kukurelyanı əvəzləmək üçün heyətə cəlb edilib.

Məlumat üçün bildirək ki, başa çatan 2025/2026 mövsümündə Çavariya İspaniya çempionatında 33 matçda meydana çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Konfrans Liqasında keçirdiyi 8 qarşılaşmada 1 məhsuldar ötürmə müəllifi olub.