📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Çelsi” xal itirdi, “Yuventus” qrup qalibi oldu

2021-12-09 00:01:00

“Çelsi” xal itirdi, “Yuventus” qrup qalibi oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun daha 2 oyunu keçirilib.

Hər iki qarşılaşma H qrupunda baş tutub.

1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliya “Yuventus”u evdə İsveç “Malmö”sü ilə, İngiltərənin “Çelsi” klubu isə Rusiyada “Zenit”lə qarşılaşıb. Qrup liderliyi baxımdan önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib. Nəticədə “qoca sinyora” növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.

“Zenit” isə əvvəldən də məlum olduğu kimi, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək. \\Yenicag.az