📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəmil Məmmədli həbs edildi

2023-08-24 11:50:22

Cəmil Məmmədli həbs edildi

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.

Məhkəmə vəsatəti əsaslı hesab edib.

Qərara əsasən C.Məmmədli  barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.