Cəmiyyətimizin bəzəyi - FOTOLAR
8 Mart Beynəlxalq Qadınlar Bayramına ürəkdən sevinməyə dəyər. Gül qoxulu, çiçək qədər zərif, ürəyi halal sevdalı qadınlar cəmiyyətin bəzəyidir, elə ömrümüzə dəyər qatan da onların günəş təbəssümüdür. Həmçinin bu həyatda elə bir sahə olmaz ki, orada qadın əməyi , qadın zəhməti hiss olunmasın.
Qısası dahi Hüseyn Cavid hələ o dövrdə demişkən: “Qadın gülürsə, bu işsiz mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.” Astara Pedaqoji Kollecində bizlər üçün həmişə əziz olanların günü münasibətilə keçirilən tədbirdə də Şəhid atası, Kollecin direktoru, professor Kamran Kazımov gözəlliyə yaraşan sözlər dedi...
Rəsmi və bədii hissədən ibarət olan tədbirdə ilk öncə Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və söhbətin davamını da professor gətirdi:- Bizim üçün çox xoşdur ki, Respublikamızda gedən ictimai siyasi proseslərdə qadınların rolu artıb, dövlət idarəçiliyi sistemində onlar lazımi səviyyədə təmsil olunublar. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınlarına olan diqqət və qayğı bu gün də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla görülür. Kollecin bütün xanım əməkdaşlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm, sizə sağlamlıq, ailə səadəti arzulayıram. Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətiniz həmişə bizi sevindirsin.
Tələbələrin rəngarəng çıxışları ilə könülləri sevindirən tədbirdə video-çarx nümayiş edildi, hər bir qadına qızılgül təqdim olundu.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


.jpg)

