📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çempionatın lider komandası Mahiri transfer etmək istəyir

2022-01-07 22:58:00

Çempionatın lider komandası Mahiri transfer etmək istəyir

Millimizin üzvü Mahir Emreliyə daha bir "elçi" var.

Xorvatiyanın "Dinamo"(Zaqreb) klubu Polşa "Legiya"sının azərbaycanlı hücumçusunu transfer etmək istəyir.

"Dinamo" 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək istəyir. Tərəflər razılığa gəlsələr, klub bu keçid üçün "Legiya"ya 800 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahirlə Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klubu da yaxından maraqlanır. \\Offsideplus.az