📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çempionlar Liqası: 4 oyunda 10 qol vurulub

2021-07-27 23:18:00

Çempionlar Liqası: 4 oyunda 10 qol vurulub

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin 4 cavab oyunu keçirilib.

Qarşılaşmaların ardından “Legiya” (Polşa), "Malmö" (İsveç), "Dinamo" (Zaqreb, Xorvatiya) və "Ferentsvaroş" (Macarıstan) mərhələ adlayıb.

4 oyunda qapılara 10 qol vurulub. “Flora” (Estoniya), HİK (Helsinki, Finlandiya), "Omoniya" (Kipr) və "Jalgiris" (Litva) Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə davam edəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. “Flora” (Estoniya) - “Legiya” (Polşa) - 0:1

İlk oyun: 1:2

20:00. HİK (Helsinki, Finlandiya) - "Malmö" (İsveç) - 2:2

İlk oyun: 1:2

20:00. "Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

İlk oyun: 0:2

21:00. "Jalgiris" (Litva) - "Ferentsvaroş" (Macarıstan) - 1:3

İlk oyun: 0:2

Qeyd edək ki, digər cavab oyunları iyulun 28-də olacaq. \\Report