Çempionlar Liqası: Final matçının başlanması təxirə salındı
2022-05-28 23:15:00
İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları arasında Çempionlar Liqasının final matçının startı təhlükəsizlik baxımından təxirə salınıb.
Bu barədə ispanların mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, 23:00-da başlanması nəzərdə tutulan oyunun startı növbəti elana qədər ən azı 15 dəqiqə gecikəcək.
Qeyd edək ki, matç Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq. \\Fanat.Az