📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub

2024-08-05 20:27:49

Çempionlar Liqası:

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub.

Hurriyyet.az-ın məlumatına görə, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırsa, üz-üzə gələcəyi “Dinamo” (Zaqreb, Xorvatiya) ilə ilk matçını avqustun 20-si səfərdə keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab görüşü isə 8 gün sonra - avqustun 28-i Bakıda baş tutacaq.