📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çempionlar Liqası: "Sabah"ın futbolçusu bombardirlik yarışında ilk pilləyə yüksəlib

2026-08-12 16:32:24

Çempionlar Liqası:

"Sabah"ın futbolçusu Velko Simiç bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində bombardirlər siyahısında ilk pilləyə yüksəlib.

Hurriyyet.Media  xəbər verir ki, serbiyalı yarımmüdafiəçi III təsnifat mərhələsinin "Orhus"la Bakıda keçirilən cavab oyununda fərqlənərək turnirdəki qollarının sayını 5-ə çatdırıb. Bununla da 31 yaşlı futbolçu bombardirlər cədvəlinə başçılıq edir.

Simiçdən sonra 4 qolla "Fənərbağça"nın futbolçusu Anderson Taliska və "Selye"nin oyunçusu Mario Kvesiç gəlir.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən (5:2) "Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" pley-off mərhələsində İsrailin "Hapoel" (Ber-Şeva) komandası ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab qarşılaşmasını isə avqustun 25-də Bakıda keçirəcək.