"CƏNAB ZELENSKİ, SƏNƏ ÖLKƏMDƏ SIĞINACAQ VERMƏYƏ HAZIRAM" - Eldar Sabiroğlu yazır
Ukraynanın bu duruma yuvarlanmasında əsas günahkar Qərbdir. Vaxtı öldürməynən iş bitmir. Rusiya çox gözəl bilirdi ki, ABŞ başda olmaqla bütövlükdə NATO Ukrayna ilə oynayır. Bir tərəfdən Rusiya ilə hədəfləri uğraşmayan ölkələrlə yaxın əməkdaşlıq əlaqələri qurmaq üçün dəridən-qabıqdan çıxır, digər yannan Putinlə görüşlərdə Avropa ölkələri rəhbərlərinin danışıqlar zamanı beynəlxalq ictimayyətdən qapalı saxlanılan bəzi söhbətlər olmamış deyil.
Dünyanın düzəni, həm də şəxsi maraqları ehtiva edən problemlərin aradan qaldılması barədə bu cür şifahi söhbətlərin çox ciddi mövzuların müzakirəsinə həsr edilməsi çox ağlabatandır. Cəmiyyətin bilmədiyi çox şeylər var. Az qala Ukrayna əldən gedir, bir-birinə "qənim" kəsilən ABŞ-la Rusiya arasında siyasi bəyanat və açıqlama savaşı daha şiddətli xarakter alır.
Zelenski sinəsini cırır ki, hələ də heç bir ölkədən real hərbi köməyi ala bilmir. Bəli, vaxtı yelə NATO dövlətləri verdi. Əgər zamanında Ukraynanı qızışdırmaq əvəzinə onun Avroatlantik məkana inteqrasiyası məsələsinə müsbət yanaşılsaydı, Rusiyanın indi bu işğalı gerçəkləşdirməyə cürəti çatmazdı. İndi isə qatar mənzil başına artıq çatmaq üzrədir.
İngiltərənin baş naziri Conson görün nə deyir? Sənin köməyin başına dəysin. Zelenskiyə müraciət edərək "dostluq" yardımını belə ifadə edir. CƏNAB ZELENSKİ, SƏNƏ ÖLKƏMDƏ SIĞINACAQ VERMƏYƏ HAZIRAM. Yəni buyurur ki, ölkəni boşalt.
ELDAR SABİROĞLU
HURRİYYET.AZ