📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cenevrədəki danışıqlarda nəyi müzakirə edəcəklər?

2026-02-16 21:43:13

Cenevrədəki danışıqlarda nəyi müzakirə edəcəklər?

İran və ABŞ Cenevrədə danışıqlar zamanı İranın nüvə dosyesini və sanksiyaların ləğvini müzakirə edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” respublikadakı mənbəyə istinadən xəbər verir.

“Danışıqların yeni raundunun bəzi nüvə məsələlərinin daha ətraflı araşdırılmasına və Tehrana qarşı sanksiyaların aradan qaldırılmasına imkan verəcəyi gözlənilir”, - agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, danışıqlar fevralın 17-də baş tutacaq.