Cennifer Lopez necə formada qalmasından danışdı
Dünyaşöhrətli müğənni Cennifer Lopez 57 yaşında necə formada qaldığının sirrini açıqlayıb.
Hurriyyet.net xəbər verir ki, o, bədən formasını qorumaq üçün istifadə etdiyi üsullardan “Friends Keep Secrets” adlı podkastda danışıb.
Məşhur ulduz etiraf edib ki, əvvəllər istədiyi hər şeyi yeyirdi, lakin yaşlaşdıqca qidalanma tərzinə yenidən baxmalı olub. O bildirib ki, əvvəllər çoxlu düyü, çörək, kərə yağı, donuz əti və qızardılmış yeməklər qəbul edirdi.
“Hələ də bu qidaları xoşlayıram, amma formada qalmaq istəyirəm. Balıq yeyirəm. Bol miqdarda zülal və çoxlu göyərti qəbul edirəm”, – deyə sənətçi bölüşüb.
Lopez qeyd edib ki, peçenyedən tamamilə imtina etməyi qeyri-mümkün hesab edir. Buna görə də o, balanslı qidalanmağa çalışır və sevdiyi qidalardan özünü həddindən artıq məhrum etməməyə diqqət yetirir.