📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Censen haqqında bu qədər az məlumatlı olması məni təəccübləndirdi”

2026-11-23 21:11:02

“Censen haqqında bu qədər az məlumatlı olması məni təəccübləndirdi”

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə apardığı söhbətin təfərrüatlarını bölüşüb.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “Clash Report” məlumat yayıb.

Söhbət zamanı tərəflər “Nvidia” şirkətinin baş direktoru Censen Huanqı da müzakirə ediblər. Məlumata görə, ABŞ liderinin sözlərindən məlum olub ki, Çin sədri tanınmış sahibkar barədə o qədər də məlumatlı deyil.

“Prezident Si ilə Censen Huanq haqqında uzun bir söhbətim oldu. Si onu əslində tanımır. Düzü, onun Censen haqqında bu qədər az məlumatlı olması məni təəccübləndirdi”, – deyə ABŞ lideri bildirib.