Cənubi Kipr bəzi rusiyalıları vətəndaşlıqdan çıxara bilər
Hurriyyet.az “RİA Novosti” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının sanksiyaları siyahısına düşmüş dörd nəfər rusiyalı – Mixail Qutseriyev, Aleksandr Ponomarenko, Vadim Moşkoviç, Aleksey Kuzmiçev və onların ailə üzvləri Cənubi Kiprin vətəndaşlığından çıxarıla bilərlər. Bu barədə məlumatı Kiprin yunanlar yaşayan hissəsində dərc edilən “Filelefteros” nəşri verib. Qəzet yazır: “Nazirlər Şurası özünün son iclasında qərara alıb ki, son onillikdə Kipr Respublikasının “qızıl pasportu”nu almış ümumilikdə 21 nəfəri, o cümlədən Avropa Komissiyasının sanksiya siyahısına düşmüş 4 nəfəri vətəndaşlığa keçirilməkdən məhrum eləsin. Vətəndaşlığa qəbul eləməkdən məhrumetmə qərarı dörd rusiyalı ilə yanaşı, onların həyat yoldaşlarına və uşaqlarına da aiddir”.
Hürr Tərcüman