📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cənubi Koreyanın sabiq birinci xanımına 4 il həbs: Bahalı hədiyyələr alıbmış

2026-11-19 22:27:23

Cənubi Koreyanın sabiq birinci xanımına 4 il həbs: Bahalı hədiyyələr alıbmış

Cənubi Koreyanın Ali Məhkəməsi sabiq birinci xanım Kim Qon Hinin korrupsiya ittihamı üzrə dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Kim Qon Hi yerli avtomobil dilerinə məxsus qiymətli kağızlarla dələduzluqda və Birləşmə kilsəsindən çanta, eləcə də boyunbağı kimi bahalı hədiyyələr almaqda təqsirli bilinib. Ona 4 il həbslə bərabər 50 milyon von (təxminən 64 min manat) məbləğində cərimə də kəsilib.

O, daha bir neçə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edib. Digər korrupsiya işi üzrə apellyasiya instansiyası tərəfindən ona beş il həbs cəzası verilib.

Xatırladaq ki, Prezident Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq hərbi vəziyyət elan edib. Bundan sonra o, hakimiyyətdən kənarlaşdırılıb və dövlət quruluşuna qarşı qiyamda ittiham olunub.