Cənubi Osetiyadan və əslən Kuban kazaklarından olan əsgərlər Ukraynada döyüşməkdən kütləvi şəkildə imtina edirlər
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyada hərbçilərin Ukraynaya qarşı müharibədə iştirakdan kütləvi imtinaları davam edir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti xəbər verir.
“Bir neçə gün əvvəl Rusiya Federasiyası Silahlı Qüvvələrinin 4-cü hərbi bazasından (66431 saylı hərbi hissə, Tsxinvali, Cənubi Osetiya) Donetsk istiqamətində hərbi əməliyyata cəlb olunmuş motoatıcı rota və minomyot batareyası Ukraynaya qarşı hərbi təcavüzdə iştirakdan imtina etdilər”, deyə Facebook yazısında deyilir.
Kəşfiyyatın məlumatına görə, martın 29-da hərbçilər Rostov vilayətindəki Kuzminski hərbi poliqonuna mütəşəkkil şəkildə yerləşdirilib, orada 58-ci ordunun komandirinin hərbi-siyasi işlər üzrə müavini onlarla söhbət edib, lakin onun verilən tapşırıqları icra etmək çağırışları uğursuz oldu.
“Həmçinin, 29 mart 2022-ci il tarixində Ukraynanən Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında Rusiya Federasiyası Qüvvələri Qərbi Hərbi Dairəsinin Sahil Qoşunlarının 11-ci Ordu Korpusunun 18-ci motoatıcı diviziyasının (Qusev, Sovetsk, Kalininqrad vilayəti md) rotalarından birinin şəxsi heyətinin yarısından döyüşlərdə iştirakdan imtina ediblər”, deyə məlumatda bildirlir.
Rusiya rəhbərliyi Ukraynaya qarşı döyüşməkdən imtina edənlərə qarşı cinayət işi açmağa çalışır, lakin kütləvi imtina halında onlar intizam cəzaları ilə məhdudlaşmağa məcbur olurlar. Səbəb qoşunlarda real əhval-ruhiyyənin özünü biruzə verməsi mümkünlüyü və hərbi hissələrdə baş verən iğtişaşlar qorxusudur.
"Nümayiş xarakterli ictimai cəza kimi Ukraynaya getməkdən imtina edən Milli Qvardiyanın Krasnodar OMON "Plastun" rotasının 12 döyüşçünün cinayət məsuliyyətinə cəlb edilməsi qərara alınıb. Rota əsasən ukraynalılardan (Kuban kazakları) ibarətdir ki, bu da etnik prinsipin tərcih edilməsindən xəbər verir", deyə kəşfiyyat aydınlıq gətirir.
Ülviyyə, Hurriyyet.az