📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cənubi Qafqazda Azərbaycana qarşı FRANSA-İRAN TANDEMİ...

2024-03-06 15:54:59

Cənubi Qafqazda Azərbaycana qarşı FRANSA-İRAN TANDEMİ...

Elxan Şahinoğlu: "Belə çıxır ki, beynəlxalq məsələlərdə Fransa ilə ixtilaf içində olan Tehran Azərbaycan məsələsində Parislə "eyni dəyərləri" bölüşür"

"Fransanın Ermənistandakı səfiri Olivier Decottignies "Armenpress"ə müsahibəsində deyib ki, ölkəsinin İranla bir çox məsələdə fikir ayrılığı olsa da, Paris və Tehran Ermənistanla bağlı eyni mövqedədir. Bu olanın elanıdır. Bu səfir bir müddət əvvəl İranın Ermənistandakı səfiri ilə görüşüb müzakirə aparmışdı. “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib” deyən fransalı diplomat faktiki bununla Cənubi Qafqazda Azərbaycana qarşı Fransa-İran tandeminin formalaşdırdığını bildirib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Tehranın Fransa səfirinin açıqlamasına reaksiyası maraqlıdır: "Belə çıxır ki, beynəlxalq məsələlərdə Fransa ilə ixtilaf içində olan Tehran Azərbaycan məsələsində Parislə “eyni dəyərləri” bölüşür. Elə buna görə İran Fransa jandarmlarının Qərbi Zəngəzurda yerləşməsinə etiraz etmir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az