Çərkəz liderindən AÇIQLAMA: Şimali Qafqaz xalqları bir-bir müstəqillik əldə edəcəklər/Video
2023-06-07 13:10:00
Birləşmiş Çərkəz Şurasının sədri Kənan Qaplan bildirib ki, “Şimali Qafqaz xalqları bir-bir müstəqillik əldə edəcəklər”.
“Çərkəz xalqı tarixi Çərkəz ərazisində Müstəqil Çərkəz Respublikası yaradılana qədər öz varlığı uğrunda mübarizəsini davam etdirəcək. Bu gün Ukrayna milləti və Ukrayna dövləti çərkəz millətinin yaşadıqlarını analogiya ilə yaşayır... Şimali Qafqaz xalqları birgə mübarizə sayəsində bir-bir müstəqillik əldə edəcəklər... Biz bütün dünyaya bəyan edirik. Tarixi Çərkəz ərazisində yaradılacaq Müstəqil Çərkəz Dövlətindən başqa heç bir statusu qəbul etmirik və qəbul etməyəcəyik” deyə Birləşmiş Çərkəz Şurasının rəhbəri Kənan Kaplan açıqlayıb.
Ülviyyə, Hurriyyet.az