Çerniqova aviazərbələr: 20-dən çox qurban dağıntılar altından çıxarıldı (VİDEO)
2022-03-03 21:48:00
"İşğalçıların Çerniqovda endirdiyi aviazərbələr nəticəsində həlak olan 22 nəfərin cəsədi artıq dağıntılar altından çıxarılıb".
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Saat 15:30-a olan məlumata görə, aviazərbələr nəticəsində 22 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam edir", - məlumatda deyilir.
Qaynarinfo